Rusiya mətbuatı “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin bu ölkənin Premyer Liqasına gedə biləcəyi ilə bağlı xəbər yayıb. İddiaya görə, Yekaterinburqun “Ural” klubu monteneqrolu futbolçunu heyətində görmək istəyir.
Newsport.az-ın məlumatına görə, 27 yaşlı oyunçu ilə hazırda danışıqlar aparıldığı bildirilir. Amma daha əvvəl olduğu kimi, həm “Qarabağ”, həm də futbolçu təklifdən imtina edib. Ağdamlılar heyətin daha bir aparıcı oyunçusunu itirmək istəmir. Yankoviç də xoşbəxt olduğu komandadan ayrılmaq niyyətində deyil.
Yankoviç “Qarabağ”a 2022-ci ilin yayında keçib. Onun klubla müqaviləsi 2025-ci ilin iyununda başa çatır.