"Sabah" Portuqaliya klubunun futbolçusunu transfer etmək istəyir

Portuqaliyanın "Eştoril" klubunun futbolçusu Juanzinyo karyerasını Azərbaycanda davam etdirə bilər.

Newsport.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Sabah" 34 yaşlı cinah müdafiəçisini heyətinə qatmaq istəyir.

Macarıstan təmsilçisi "Dioşdyor" da portuqaliyalı oyunçu ilə maraqlanır.

Qeyd edək ki, təcrübəli müdafiəçinin "Eştoril"lə müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır. 2019/2020 mövsümündə Kiprdə APOEL-in formasını geyinən Juanzinyo "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçında meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right