Ruslan Abışov "Zirə" ilə vidalaşıb

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov "Zirə" klubu ilə vidalaşıb.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı müdafiəçi bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.

Qeyd edək ki, Ruslan Abışov 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinib. O, karyerasında "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (hazırkı "Şamaxı"), "Sabah" və Rusiyada "Rubin" klubunun uğurları üçün də çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right