"Sabah"ın baş məşqçisi: "Artıq yerli mentaliteti, adət-ənənəni yaxşı bilirəm"

"Krasnodarda yollarda sizin öz zolağınız var, onunla sakitcə hərəkət edirsiniz. Bakıda isə dörd zolaqdan altısını, üçdən beşini düzəldirlər və hamı zolaqlar arasında maşın sürür".

Newsport.az-ın məlumatına görə, bunları "Sabah"ın baş məşqçisi Murad Musayev "Sport24.ru" saytına müsahibəsində Bakıdakı avtomobil idarə etməyin çətinlikləri barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis bildirib ki, bəzən sürücülər dönmə siqnalı olmadan dönürlər:

"Buna öyrəşməyim uzun çəkdi. Mən artıq yerli mentaliteti, adət-ənənəni, mədəniyyəti yaxşı bilirəm. Yalnız iki şeyi başa düşmürəm: sürücülük tərzi və hakimliyi (gülür)".

Qeyd edək ki, Murad Musayev ötən mövsüm "Sabah"ı ilk dəfə avrokuboklara çıxarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right