"Burada yaxşı maaş alıram və bu, məni qane edir".
Newsport.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Sport24.ru" saytına müsahibəsində "Sabah"dakı məvacibi barədə danışarkən deyib.
Rusiyalı mütəxəssis bildirib ki, Rusiya "Krasnodar"ından illik 2 milyon avro məvacib alan həmkarı Vladimir İviçdən daha az qazanır.
Musayevin sözlərinə görə, bir ailənin normal yaşaması üçün aylıq ən azı 500 000 rubl (təqribən 6 330 dollar - E.S) lazımdır.
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabrından "Sabah"a başçılıq edir.