"Qarabağ" müdafiəçisinin müqavilə müddətini artıracaq

“Qarabağ” müdafiəçilərindən daha birini komandada saxlayıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu Rahil Məmmədovla razılıq əldə edib. Adıçəkilən futbolçuya iki illik müqavilə təklif olunub. Tərəflər arasında razılıq əldə edildiyindən Məmmədov qarşıdakı iki ili də “Qarabağ”da keçirəcək.

“Neftçi”nin yetirməsi olan 27 yaşlı müdafiəçi “Səbail”, “Zirə” klublarında da çıxış edib. Xatırladaq ki, "Qarabağ" daha öncə Abbas Hüseynovun da müqavilə müddətini artırmışdı.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right