Əsas millimiz U-21-ə qalib gəldi

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də, saat 20:00-da “Dalğa Arena”da Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası yoxlama oyunu keçirib. 

Newsport.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda 21 yaşadək futbolçulardan ibarət komanda ilə qarşılaşan millimiz 5:2 hesablı qələbə qazanıb. 

Mahir Həsənovun avtoqol müəllifi olduğu oyunda millimizin digər qollarını Mahir Emreli, Filip Ozobiç, Musa Qurbanlı və Toral Bayramov vurublar. U-21-in heyətində isə Elçin Qasımov və Ağadadaş Salyanski fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right