"Neftçi" yollarını ayırmağa hazırlaşdığı Laurentsiu Regekampfa təzminat ödəməyəcək.
Newsport.az-ın məlumatına görə, Bakı klubu rumıniyalı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi barədə razılıq əldə edib. Bu barədə "romaniatv.net" məlumat yayıb. 47 yaşlı məşqçi əvvəlcə "ağ-qaralar"dan 100 min avro tələb etsə də, sonradan fikrindən daşınıb.
Regekampfla Səudiyyə Ərəbistanı və Qətər klublarının maraqlandığı iddia olunur.
Qeyd edək ki, Laurentsiu Regekampf 2022-ci ilin yayında "Neftçi"nin baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi növbəti mövsümün sonuna kimidir.