Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsində yerləşən ölkələr arasında 2018-ci ildə Rusiyada keçiriləcək DÇ-nın seçmə mərhələsində növbət oyunlar keçirilib.
Newsport.az-ın məlumatına görə, belə oyunlardan biri də, Kurasao və Salvador milli komandaları arasında keçirilib. Qarşılaşma Salvadorun 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Sözügedən oyunda Azərbaycan Premyer Liqasinda çıxış edən futbolçu da forma geyinib. Belə ki, "Zirə”nin kurasaolu futbolçusu Riharyo Molyens qarşılaşmada 78 dəqiqə məydanda olub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü 4 gün sonra Salvadorun San-Salvador şəhərində kjeçiriləcək.