"Sabah" və "Neftçi"nin transfer siyahısında yer alan forvard Azərbaycana gələcək?

"Tirana"nın forvardı Florent Hasaninin karyerasını Azərbaycanda davam etdirmək şansının olması barədə xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, Albaniya klubu kosovolu forvardı azad agent kimi buraxmaq niyyətində deyil.

"Sabah" və "Neftçi"nin transfer siyahısında olduğu iddia edilən hücumçunun özü Azərbaycanda oynamaq istəyindədir. Bu barədə futbolçu özü bir müddət əvvəl saytımıza açıqlamasında bildirmişdi. Məlumata görə, Hasani ən yaxşı halda avrokuboklardan sonra Azərbaycana gələ bilər.

Belə ki, "Tirana" rəhbərliyi ondan Konfrans Liqası oyunlarında komandaya kömək etməsini istəyib. Məhz bundan sonra onun Albaniyadan ayrılığı gerçəkləşə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right