Bakının "İnter” klubundan ayrıldıqdan sonra, klubsuz qalan və Rusiyada özünə klub axtaran 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Mirzəağa Hüseynpur karyerasını yenidən ölkəmizdə davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, Hüseynpur hazırda keçmiş klubu "Sumqayıt”ın heyətində baxışdadır. Futbolçuilə bağlı yekun qərar məşqçilər korpusunun rəyindən sonra bəlli olacaq.
Qeyd edək ki, Heseynpur 2013/14 mövsümündə "Sumqayıt”ın şərəfini qoruyub. Futbolçu "gənclik şəhəri” təmsilçisinin heyətində 36 oyun keçirərək 2 qol vurub.