İsveç mətbuatı "Qarabağ"dan yazdı: "Bu komandadan qaçmaq lazımdır"

İsveç mətbuatı Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində yerli “Hekken”in potensial rəqiblərini dəyərləndirərkən, “Qarabağ”ın adını xüsusi qeyd ediblər.

Newsport.az-ın məlumatına görə, “fotboll sthlm” portalı Ağdam klubunun gücündən yazıb:

“Avropa turnirlərində ardıcıl doqquz dəfə qrup mərhələsində oynamaq Azərbaycanın ən yaxşı klubu üçün pis nəticə deyil. “Qarabağ”ın ötən mövsüm Avropa Liqasının qrupunda ilk iki yerdən birini tutmaq şansı var idi, lakin sonda üçüncü yerlə kifayətləndilər. Azərbaycan klubunun ötən mövsüm seçmə mərhələdə çətin yol keçdi. Onlar “Lex”, “Sürix” və “Ferentsvaroş” kimi rəqiblər üzərində qələbələrlə insanları heyran etdilər.

“Qarabağ” 1-ci təsnifat mərhələsində “Hekken”in bütün potensial rəqibləri arasında reytinqdə ikinci yerdədir. Bu komandanın ümumi dəyəri “Hekken”in büdcəsindən bir qədər azdır. “Qarabağ”dan qaçmaq lazımdır. Onlarla düşmək olmaz".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right