“Qarabağ”da daha bir vida

“Qarabağ”ın akademiya koordinatoru Tacettin Doğan klubdan ayrılıb. Bu barədə Ağdam təmsilçinin mətbuat xidməti məlumat yayıb.

Newsport.az xəbər verir ki, Doğanın klubla müqavilə müddəti başa çatıb. “Qarabağ” ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyəli tanınmış məşqçi Ziya Doğanın qardaşı olan Tacettin Doğan 2019-cu ildən “Qarabağ”da işləyirdi. O, klubda uşaq futboluna əsas cavabdeh şəxs idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right