Azərbaycan millisinin müdafiəçisi Cənubi Koreyada ayın oyunçusu seçilə bilər

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk hazırda çıxış etdiyi Cənubi Koreyanın "Tedjon Xana Sitizen" komandasında may ayının ən yaxşı futbolçusu seçilə bilər.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı müdafiəçi bu ada namizəd göstərilən üç oyunçudan biridir.

Qalib azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, Anton Krivotsyuk "Tedjon Xana Sitizen" komandasına bu ilin fevralında Polşanın "Visla" (Plotsk) klubundan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right