"Neftçi"nin legioneri: "Bir çox klubdan təkliflərim var idi"

"Neftçi"nin xorvatiyalı qapıçısı İvan Brkiç paytaxt təmsilçisi ilə müqavilə müddətini uzatmasının səbəblərindən danışıb.

Newsport.az xəbər verir ki, "Večernji" portalına danışan qapıçı fərqli klublardan təklif aldığını etiraf edib: 

"Neftçi" ilə razılaşdıq və mən daha iki ili burada keçirəcəm. Bakıda xoşbəxtəm, ona görə də nəyisə dəyişməyə səbəb görmürəm. Beş fərqli liqada mübarizə aparan bir çox klubdan təkliflərim var idi. Ancaq ən konkret təklif “Neftçi”dən idi".

27 yaşlı qapıçı 2022-ci il yanvarın 22-də “Riqa”dan “Neftçi”yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right