"Rəqib çox kobud futbol oynayırdı" - Ermin Zets

"Qələbəyə görə çox xoşbəxtik. Lakin rəqib çox kobud futbol oynayırdı.”

Newsport.az-ın məlumatına görə, bu sözlər Bosniya və Hersoqavina milli komandasının futbolçusu Ermin Zetsə aiddir. 
Avro 2016-nın seçmə mərhələsində millisinin Andorranı 3-0 hesabı ilə məğlub etdiyi oyundan sonra ölkəsinin mətbuatına danışan "Qəbələ”li oyunu belə dəyərləndirib: "Oyun çox çətin keçdi. Biz layiqli qələbə qazandıq. Rəqib nə qədər müqavimət göstərsə də, biz öz oyunumuzu oynadıq. Besiçin qırmızı vərəqə alması planlarımızı pozsa da, bunun oyuna təsiri olmadı.”
Qrupda qalan iki oyunları barədə danışan Zets bu ifadələrə yer verib: "Qarşıda Uels və Kipr milliləri ilə oyunlarımız. Hər iki komanda yaxşı hazırlıq görən komandalardı. Amma mən qələbəmizə inanıram.” 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right