“Bu ay ilk oyunumuzu səfərdə güclü rəqib olan Azərbaycana qarşı keçirəcəyik”. Newsport.az xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli deyib.
Estoniya millisi AVRO-2024-ün seçmə mərhələsinin oyunlarının hazırlığına başlayıb. İyunun 17-də Bakıda komandamızın qonağı olacaq estoniyalılar 3 gün sonra Belçikanı qəbul edəcəklər.
Millimiz barədə danışan isveçrəli mütəxəssis komandamızdan çəkindiyini etiraf edib.
Onun sözlərinə görə, yığmamızın üzvləri əsasən milli çempionatda çıxış edən oyunçulardır: “Amma ölkənin ən yaxşı klubu olan “Qarabağ” avrokuboklarda əla mövsüm keçirdi və Azərbaycan millisinin tərkibi əsasən bu komandanın futbolçularından ibarətdir. Onların inanılmaz keyfiyyəti var. Amma biz istənilən vəziyyətə hazırıq”.