“Yaxşı oyun alındı” – Dmitri Bezotosnı

"Yenidən Odessada, belə azarkeşlər qarşısında meydana çıxmaq xoş idi. Hesab edirəm ki, yaxşı oyun alındı”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı deyib.
 
Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” hazırlığın son günündə yerli "Çernomorets” klubu ilə yoxlama oyunu (2:0) keçirib. Oyundan sonra ukraynalı qapıçı fikirlərini bölüşüb:
 
"Belə qarşılaşmanın azarkeşlərin də xoşuna gəldiyini düşünürəm. Yoxlama matçını bu qədər tamaşaçının izləməsi yaxşıdır. Açığı qarşılaşmada 2-3 min tamaşaçı olacağını gözləyirdim. Amma tribunalara 5 mindən artıq seyrçi gəlmişdi. "Çernomorets” gənclərdən təşkil olunan yaxşı komandadır. Onlar Premyer Liqada qalmaq üçün mübarizə aparıb, bunun öhdəsindən gələ bilərlər”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right