“Səbail” ikinci transferini reallaşdırıb

“Səbail” yay fasiləsində ikinci yerli transferini reallaşdırıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Süleyman Əhmədov karyerasını paytaxt təmsilçisində davam etdirəcək.

“Sumqayıt”dan yeni ayrılan 24 yaşlı oyunçu yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, “Səbail”in ilk transferi “Kəpəz”in müdafiəçisi Yusif Nəbiyev olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right