"Neftçi" legioneri ilə müqavilənin müddətini daha iki il uzadıb

“Neftçi” klubu qapıçısı İvan Brkiçlə müqavilənin müddətini uzatdığını açıqlayıb.
 
Newsport.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperlə iki illik sözləşmə imzalanıb.
 
Qeyd edək ki, 2022-ci ilin yanvarında "ağ-qaralar"a keçən xorvatiyalı oyunçu bu müddətdə Premyer Liqada 37, ölkə kubokunda 9, avrokuboklarda isə 4 görüşdə meydanda olub.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right