"Qəbələ"nin futbolçusu: "Əvəzolunmaz və möhtəşəm gecə"

"Qəbələ" finalda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olub.

Newsport.az xəbər verir ki, "qırmızı-qaralar"ın futbolçusu Rövlan Muradov matçdan sonra sosial şəbəkə hesabında paylaşım edib. 25 yaşlı yarımmüdafiəçi dəstək olan hər kəsə təşəkkürünü bildirib:

"Əvəzolunmaz və möhtəşəm gecə... 2-ci dəfə Azərbaycan Kubokunun qalibi oldum. Dəstək olan, təbrik edən hər kəsə minnətdaram. Möhtəşəm azərkeşlərə, TV qarşısında izləyənlərə, 120 dəqiqə ürəyi bizimlə döyünənlərə təşəkkür edirəm. Təbriklər "Qəbələ" sevənlər!"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right