Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı keçirilib.
Newsport.az xəbər verir ki, iclasda 2023/2024-cü il mövsümündən etibarən Azərbaycan çempioùnatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi qərara alınıb.
Bununla bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.