Şahin Diniyev daha bir oğlunu "Səbail"ə aparır

"Zirə"nin yollarını ayırdığı Coşqun Diniyevin yeni mövsümə "Səbail"də başlayacağı gözlənilir.

Newsport.az saytına verilən məlumata görə, Bayıl klubunun çalışdırıcısı Şahin Diniyev oğlunu sərəncamında görmək istəyir. Artıq tərəflər arasında danışıqlara start verilib. Coşquna ən real təklif məhz "Səbail"dən gəlib. Maliyyə şərtlərində razılıq əldə edilsə, milli komandamızın üzvü yeni mövsümə paytaxt klubunda başlayacaq. 

27 yaşlı futbolçu “İnter”(indiki “Şamaxı”), “Qarabağ”, “Sabah” klublarında oynadıqdan sonra 2021-ci ildə “Zirə”yə keçmişdi.

Xatırladaq ki, Şahin Diniyevin böyük oğlu Kərim Diniyev də "Səbail"də çalışır. O, məşqçilər korpusunda yer alıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right