Laurentsiu Regekampf və Elmar Baxşıyev üçün ilk şans

“Neftçi” - “Qəbələ” oyununda qalib gələcək komandanın baş məşqçisi Azərbaycan Kubokunu qazanan 16-cı mütəxəssis olacaq.

Newsport.az PFL-ə istinadən xəbər verir ki, bu gün keçiriləcək matç həm Laurentsiu Regekampf, həm Elmar Baxşıyev üçün ilk şansdır. Bunadək Azərbaycan Kubokunda final həyəcanı yaşamayan mütəxəssislərdən biri ilk cəhddən titula sahib çıxacaq.

İndiyədək 15 baş məşqçi kubok sahibi olub. Mütləq rekord Qurban Qurbanova məxsusdur.

1. Qurban Qurbanov - 5

2. Mehman Allahverdiyev - 4

3. Agasəlim Mircavadov - 3

4-7. Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov - 2

8-15. Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov – 1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right