Finaladək məğlubiyyətsiz

“Qəbələ” bu mövsüm kubokda məğlub olmayıb.

Newsport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası keçirdiyi 5 görüşdə 4 qələbə qazanıb və yalnız 1 heç-heçə edib.

Bunadək “qırmızı-qaralar” 5 dəfə mövsümü məğlubiyyətsiz bitirib. 2011/12, 2012/13, 2013/14, 2015/16 və 2019/20 mövsümlərində “Qəbələ” kubokda uduzmayıb. Amma həmin illərin heç birində mükafat qazanılmayıb.

“Qarabağ” həm də finala yüksələn və mövsüm ərzində cəmi 1 top buraxan iki komandadan biridir. 1998/99 mövsümündə “Neftçi”, 2015/16 mövsümündə “Qarabağ” cəmi bir qol burxıb.(pfl.az)

Qeyd edək ki, "Qəbələ" sabah Azərbaycan kubokunun finalında "Neftçi" ilə üz-üzə gələcək. "Bakcell Arena"da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right