Başa çatan mövsümü "Şamaxı"da keçirmiş Nihad Quliyev "Qarabağ"ın düşərgəsinə qayıdacaq.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi yayda icarəyə verdiyi yarımmüdafiəçini mövsümöncəsi toplanışa cəlb edəcək. Hətta Quliyev Avstriyaya da aparalıcaq. 21 yaşlı futbolçunun “Qarabağ” bir illik müqaviləsi qüvvədədir.
Yarımmüdafiəçinin 2023/2024 mövsümünə Ağdam klubunda başlayıb-başlamayacağı isə mövsüm başlamamışdan əvvəl dəqiqləşəcək. Premyer Liqa klublarımızın arasında Quliyevin xidmətində maraqlı olan və onu icarəyə götürmək istəyənlər var.