"Turan Tovuz" iki legioneri ilə yollarını ayırdı

Premyer Liqada mövsümü 6-cı pillədə başa vuran "Turan Tovuz"da ayrılıqlar gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, qərb bölgəsi təmsilçisi iki futbolçu ilə yollarını ayırıb. Bunlar cinah müdafiəçisi Ben Aziz Dao və yarımmüdafiəçi Henri Okebuqvudur. Hər iki oyunçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, "Turan Tovuz" bu futbolçuları mövsümün əvvəlində heyətinə qatmışdı. Ben Aziz Dao komandanın heyətində 9 Premyer Liqa matçında meydana çıxıb. Henri Okebuqvu isə "Turan Tovuz" forması ilə keçirdiyi 18 oyunda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right