Azərbaycan Kuboku: Final matçının biletləri satışda

Azərbaycan Kubokunun final görüşünün biletləri satışa çıxarılıb. Newsport.az saytı xəbər verir ki, “Neftçi” və “Qəbələ”nin azarkeşləri komandalarını dəstəkləmək üçün biletləri əldə edə bilərlər.
 
Biletlərin qiymətləri isə müvafiq olaraq 2, 3, 5 və 10 manat dəyərindədi. Azarkeşlər matçın baş tutacağı “Bakcell Arena”nın kassalarından biletləri ala bilərlər. Kassalar hər gün saat 10:00-dan 18:00-dək, oyun günü isə 10:00-dan 20:00-dək işləyəcək.
 
Qeyd edək ki, iyunun 3-də keçiriləcək final qarşılaşması saat 20:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right