"Qəbələ" "Şaxtyor"un sabiq futbolçusu ilə yollarını ayıracaq

"Qəbələ" legionerlərdən biri ilə müqavilə müddətini artırmayacaq.

Newsport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi Andriy Strijyakla yollarını ayıracaq. Buna səbəb 23 yaşlı futbolçunun yaydan bu yana özünü sübut edə bilməməsidir. Klub ukraynalı ilə müqavilə müddətini artırmağa ehtiyac duymayıb.

"Şaxtyor"un yetirməsi olan Strijyak “Qəbələ”yə qədər “Arsenal”(Kiyev), “Vorskla”, “Çernomorets”, “Metallist”(Xarkov), “Olimpik”(Donetsk), “Medimurye” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right