Azərbaycan Kuboku: Final matçının biletləri satışda

Azərbaycan Kubokunun final matçının biletləri satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, biletləri Bakıda “Bakcell Arena”nın və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, Qəbələ şəhərində isə "Qəbələ" İdman Klubunun fan-mağazalarından almaq mümkündür.

Qiymətlər yerindən asılı olaraq 2, 3, 5 və 10 manatdır.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 3 iyun tarixində "Bakcell Arsena"da baş tutacaq. Həlledici görüşdə "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right