Qurban Qurbanov açıqladı: Ramil "Qarabağ"ı tərk edir

"Qarabağ"ın hücumçusu Ramil Şeydayev komandadan ayrılıb.

Bu barədə Newsport.az saytına Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib. Qurbanov çempionluq kuboku təqdim olunandan sonra 27 yaşlı forvardı qucaqlaması haqda danışarkən onunla vidalaşdığını bildirib. 51 yaşlı mütəxəssisin sözlərinə görə, Ramil karyerasını ölkə xaricində davam etdirəcək:

"Bəli, daha çox vida görüşünə oxşayırdı. Anidən olan bir şey idi. Ramili çox istəyirəm. O, kişi xarakterli bir futbolçudur. Bəlkə də üzdən görünmür, Ramil çox vətənpərvər biridir. O, azərbaycanlılara çox böyük dəyər verir. Həmişə çalışır ki, lazım olan yerlərdə öndə olsun. Milli komandaya kimi biz onunla "Qarabağ"da bir yerdə olmuşduq. Bir-birimizə təşəkkür elədik. Bizim söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə i məndən. Sadəcə bəzən elə nüanslar olur ki, biz buna hazır olmalıyıq. Təkcə futbolçu yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, idmançı xarakteri olan birini böyük ehtimalla başqa ölkəyə yola saldıq. İkimiz də duyğulandıq".

Qeyd edək ki, Ramil Şeydayevin Taylandın "Buriram Yunayted" klubuna keçəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right