Bu futbolçu "Kəpəz"dən ayrılacaq

Mövsümü 7-ci pillədə başa vuran "Kəpəz" üçün heyəti qorumaq çətin olacaq.

Newsport.az-ın məlumatına görə, bəzi futbolçular "sarı-göylər"i tərk edəcək. "Kəpəz"dən ayrılacaq oyunçulardan biri artıq bəllidir.

Fərid Nəbiyev Gəncə təmsilçisində qalmayacaq. 23 yaşlı yarımmüdafiəçinin karyerasını Premyer Liqanın iddialı klublarından birində davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, "Kəpəz" Fərid Nəbiyevi mövsümün əvvəlində heyətinə qatmışdı. O, komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right