Avro 2017-nin seçmə mərhələsi çərçivəsində VII qrupda yer alan 21 yaşadək futbolçulardan ibarət milli komandamız sentyabrın 8-də növbəti matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, iki gün öncə "Dalğa Arena”da Avstriya milli komandasına məğlub olan gənclərimiz, bu dəfə eyni məkanda Almaniya milli komandasını qəbul edəcəklər. Artıq bu qarşılaşmanı idarə edəcək hakimlər briqadası da bəllidir. Belə ki, oyunu Belçikadan olan hakimlər idarə edəcək. Qarşılaşmanın baş hakimi Aleksandr Buko olacaq. Ona bu işin öhdəsindən gəlməyə həmyerliləri Cimmi Kremers və Loran Konette yardımçı olacaqlar. Qarşılaşmada 4-cü hakim funksiyasını Nikolya Laforj yerinə yetirəcək. UEFA nümayəndəsi rumıniyalı Oktavian Qoqa olacağı təqdirdə, hakim-inspektor İsraildən olan Haim Yakov olacaq.