"Qarabağ" "Zirə"nin futbolçusu Hamidu Keytanın keçidini həll edib.
Newsport.az-ın məlumatına görə, seneqallı yarımmüdafiəçi yeni mövsümdən Ağdam klubunun formasını geyinəcək.
Bu xəbəri Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib.
28 yaşlı futbolçu karyerası “Oser”, “Havr”, “Sent-Etyen”, “Şambli”, “”Farul”, “Botoşani”, “Santa-Klara” klublarında oynayıb.