“Şamaxı” Premyer Liqanı tərk etdi, “Qəbələ” Konfrans Liqasına vəsiqə qazandı Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında sonuncu – 36-cı tur start götürüb.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçirilib.

“Sumqayıt” “Zirə”ni, “Qəbələ” “Kəpəz”i qəbul edib. “Qəbələ” Gəncə təmsilçisinə məğlub olmasa, UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcəkdi. Belə də olub. “Zirə” isə Sumqayıtda darmadağınla qalib gəlməsinə rəğmən, 5-ci yerlə kifayətlənib.

Turun böyük maraqla gözlənilən matçında “Səbail”lə “Şamaxı” üz-üzə gəlib. “Səbail”ə Premyer Liqada qalmaq üçün heç-heçə də bəs edirdi. “Şamaxı” isə 1-cı diviziona düşməmək üçün mütləq qələbə qazanmalıydı. Amma qarşılaşma paytaxt klubunun qələbəsiylə yekunlaşıb. Nəticədə “Şamaxı” elita ilə vidalaşıb.

Azərbaycan Premyer Liqası
36-cı tur

27 

17:30 "Sumqayıt" - "Zirə" 0:3

Qol: Rəhim Sadıxov, 10, 67, Toni Qomes, 89
Sumqayıt şəhər stadionu

17:30 "Qəbələ" - "Kəpəz" 1:1

Qol: İsnik Alimi, 45+4 (pen) - Zamiq Əliyev, 80
Qəbələ şəhər stadionu

 

20:00 "Səbail" - "Şamaxı" 1:0

Qol: Mazurek 45+1
"ASCO Arena"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right