"Sözsüz ki, yeni transferlər olacaq" "Qarabağ"ın direktoru

"Sözsüz ki, yeni transferlər olacaq. Ancaq biz klub rəhbərliyi olaraq bu barədə heç vaxt danışmırıq. Çünki bu, baş məşqçi Qurban Qurbanovun səlahiyyətinə aid olan məsələdir. Ancaq mən transferlər barədə nə ad çəkə, nə də bir ayrı məlumat verə bilərəm. Bir transfer olmayacaq. Amma sayı bilmirəm".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın  direktoru Əmrah Çelikel bu gün jurnalistlərə açıqlamasında deyib.

O, Ağdam təmsilçisinin yüksək ödənişli futbolçu transfer edib-etməyəcəyi ilə bağlı verilən sualı belə cavablandırıb: "Qarabağ"ın bir standartı var. Biz öz futbolçularımıza nə ödəyiriksə, maksimum o ətrafda futbolçular seçim edəcəyik. O, balansı qoruyacağıma inanıram".

Ə.Çelikel  komandadan kimlərin ayrılacağı ilə əlaqədar deyib: "Mətbuatda kimlərin adlarının çəkildiyini bilmirəm. Qurban Qurbanovun növbəti mövsüm üçün hansı futbolçuları nəzərdə tutmadığını özüm də bilmirəm. Bunun üçün bazar günü keçiriləcək oyunumuzu gözləyək. Bazar günündən sonra daha detallı məlumatlar klub tərəfindən rəsmi şəkildə veriləcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right