“Qarabağ”ın ÇL-in III təsnifat mərhələsindəki səbəti və bir potensial rəqibi müəyyənləşib

“Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində yer alacağı səbət müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu turnirin ilk iki raundunda büdrəməsə, növbəti mərhələdə də səpələnmişlərin sırasında olacaq.

Qurban Qurbanovun yetirmələri ÇL-də yollarına davam edəcəkləri təqdirdə, ən azı pley-offa qədər bütün mərhələlərin püşkatmasında güclülərin səbətində qərarlaşacaqlar.

III təsnifat mərhələsindəki bir potensial rəqib də məlumdur. Ağdam klubu ilk iki raundu keçsə, buradakı 6 mümkün rəqibdən biri Yunanıstan təmsilçisi AEK (Afina) olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında iyunun 20-də I, 21-də II təsnifat mərhələsinin, iyulun 24-də isə III raundun püşkü atılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right