Bu gün "Avro-2016"nın seçmə mərhələsində 8-ci turun oyunlarına start veriləcək.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığması da növbəti matçına çıxacaq.
Robert Prosineçkinin komandası səfərdə qrupumuzun autsayderi Maltanın qonağı olacaq. Bakıdakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn komandamız eyni uğuru səfərdə də təkrarlamağa çalışacaq.
6 sentyabr
"Avro-2016"nın seçmə mərhələsi, 8-ci tur
21:00. Malta - Azərbaycan - 2:2
Qollar: Rahid Əmirquliyev, 37 (0:1), Mifsud, 55 (1:1), Efyonq, 71 (2:1), Rahid Əmirquliyev, 80 (2:2)
Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Ştaudinger, Andreas Haydenrayx (hamısı Avstriya)
Ta Qali Milli Stadionu.