Renat Dadaşov Azərbaycan millisinə çağırıldı

“Qrasshopper”in hücumçusu Renat Dadaşov Azərbaycan millisinə çağırılıb. Newsport.az xəbər verir ki, bu barədə İsveçrənin “Blick” nəşri məlumat yayıb.
 
Qeyd olunub ki, “Qrasshopper” iyunun 19-da yeni mövsümün təlim-məşq toplanışına yığışacaq. Lakin 24 yaşlı forvard hazırlığın ilk günlərini buraxmalı olacaq. Çünki Renat həmin vaxt Azərbaycan millisinin düşərgəsində olacaq.
 
Yığmamız iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya ilə qarşılaşacaq. Bu görüş “Dalğa Arena”da baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right