“Neftçi” və “Sabah”a növbəti potensial rəqiblər

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi” və “Sabah”ın II təsnifat mərhələsində potensial rəqiblərinin sayı artıb. Newsport.az saytı xəbər verir ki, püşkatma zamanı səpələnmişlərdə yer alacaq “Neftçi”nin mümkün rəqibləri sırasına Rumıniya təmsilçisi “Sepsi” də qoşulub.
 
Bununla “Neftçi”yə rəqib ola biləcək komandaların sayı 13-ə yüksəlib.
 
Səpələnməmişlərdə qərarlaşacaq “Sabah” və digər təmsilçimizə (“Qəbələ” və ya “Zirə”) isə daha iki rəqib qoşulub. Bunlar Yunanıstan PAOK-u və Kipr “Omoniya”yasıdı.
 
Qeyd edək ki, iyunun 21-də II təsnifat mərhələsinin püşkü atılacaq. Komandalarımız ilk oyunlarını iyulun 27-də, cavab görüşlərini avqustun 3-də keçirəcəklər.
 
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
 
Səpələnmişlər: “Brügge” (Belçika), “Gent” (Belçika), PAOK (Saloniki, Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya)
 
Səpələnməmişlər: “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Sepsi” (Rumıniya), “Boraç” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya)
 
Qeyri-müəyyənlər: “Aris” (Saloniki, Yunanıstan), “Voyvodina” (Serbiya)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right