“Atalanta”nı “Milan”a dəyişəcək

“Milan” “Atalanta”nın qapıçısı Marko Sportiellonu transfer etməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” transferi iyun ayında rəsmi şəkildə açıqlayacaq. O, azad agent kimi “rossonyerlər”in düşərgəsinə keçəcək.

“Milan” sözügedən futbolçunu ehtiyat qapıçı kimi nəzərdən keçirir. Komandanın əsas qapıçısı Mayk Menyan zədəli duruma düşsə, Sportiello onu əvəz edəcək.

Marko Sportiello cari mövsümdə “Atalanta”nın heyətində 13 matça çıxıb, 16 qol buraxıb. 31 yaşlı qolkiperin Berqamo təmsilçisi ilə sözləşməsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right