Yeni transfer fərqləndi, "Neftçi" AZAL-la bacarmadı

"Neftçi" daha bir yoxlama oyunu keçirib.

Newsport.az-ın  məlumatına görə, komanda bu dəfə AZAL klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyun 1:1 hesabı ilə nəticələnib.

"Neftçi"nin heyətində yeni transfer Anyete fərqlənib. Bundan əvvəlki yoxlama görüşündə debüt edərək əvəzedici heyətin qapısına yol tapmış ispaniyalı hücumçu ardıcıl ikinci oyunda qol vurub.

"Neftçi"nin əsas heyətinin 8 futbolçusu milli komandalarımızın düşərgəsində olduğundan, AZAL-la oyunda meydana çıxmayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right