“Kəpəz”in futbolçusu Belarus yığmasına çağırıldı

Belarus yığmasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində iyunda keçirəcəyi oyunlar üçün ilkin heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Georgi Kondratyev 33 nəfərlik siyahı açıqlayıb.

Dəvət edilənlər arasında “Kəpəz”in müdafiəçisi Yeqor Xvalko da var. 26 yaşlı oyunçu ilk dəfə ölkəsinin əsas yığmasında oynamaq imkanı əldə edib.

Komanda iyunun 10-da təlim-məşq toplanışına başlayacaq.

İ qrupunda yer alan belaruslular iyunun 16-da İsrail, 19-da isə Kosovo ilə qarşılaşacaq. FIFA-nın sanksiyası səbəbindən Georgi Kondratyevin kollektivi hər iki ev matçını Macarıstanda keçirəcək.

Xatırladaq ki, Yeqor Xvalko “Kəpəz”ə mövsümün əvvəlində keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right