Millimizin hücumçusu “Şalke”dən ayrılma səbəbini açıqladı

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov “Şalke”nin ikinci komandasını tərk etməsinin səbəbini açıqlayıb. Newsport.az xəbər verir ki, 32 yaşlı forvard bu barədə “Bild” nəşrinə danışıb.
 
O, gələn mövsümdən Berlin “Dinamo”sunda oynamaq qərarını ailəsinə yaxın olmaq istəyi ilə əlaqələndirib: “Şalke”dən yeni müqavilə təklifi almışdım. Amma mən daha iddialı komandada çıxış etmək istəyirəm. Yenidən yüksək yerlərə iddia edən komandada olmağı hədəfləyirəm. Həyat yoldaşım Berlində qalır. “Dinamo”ya keçid də mənim üçün evə qayıtmaq kimi hissdi”.
 
Qeyd edək ki, Rüfət Dadaşov 2021-ci ildən “Şalke”nin formasını geyinir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right