"Neftçi" "Kəpəz"lə matça itkilərlə çıxacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının 35-ci turunda səfərdə "Kəpəz"in qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu oyuna itkilərlə çıxacaq. "Ağ-qaralar"ın yarımmüdafiəçisi Eddi İsrafilov cəzalıdır. Müdafiəçi Azər Əliyevlə yarımmüdafiəçilər Vato Arveladze və Kenni Sayef isə zədə səbəbindən komandasına kömək edə bilməyəcəklər.

Qeyd edək ki, "Kəpəz" - "Neftçi" qarşılaşması bu gün saat 18:00-da Qəbələ Şəhər Sradionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right