"Qarabağ"ın oyununun biletləri 5 manata

Azərbaycan Premyer Liqasının 35-ci turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri bu gün saat 15:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.

Newsport.az-ın məlumatına görə, iletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletlər sabah @iticket.az-da onlayn, həmçinin “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right