“Qəbələ”nin məşqçisi 5 oyunluq diskvalifikasiya olunub

“Qəbələ”nin əvəzedici komandasının məşqçisi Elçin Rzazadə 5 oyunluq cəzalandırılıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb qapıçılar üzrə məşqçinin “Zaqatala”ya qarşı Birinci Divizionun XXIX tur matçından sonra rəsmi şəxslərə qarşı qeyri-etik ifadələr işlətməsi olub.

AFFA İntizam Komitəsi həmin oyunda qırmızı vərəqə alan Rzazadəyə 5 matçlıq cəza tətbiq etməklə yanaşı, klubunu da 400 manat məbləğində cərimələyib.

Qeyd edək ki, “Zaqatala” – “Qəbələ-2” oyunu 2:2 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right