“Qəbələ”nin kapitanı cəzalandırılıb

AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Urfan Abbasovun cəzasını açıqlayıb.

Newsport.az xəbər verir ki, Premyer Liqanın XXXIV turunda “Turan Tovuz”la keçirilən oyunda ikinci sarı vərəqə alaraq meydandan qovulan “qırmızı-qaralar”ın kapitanı bir matçlıq diskvalifikasiyaya məruz qalıb.

Onun hərəkəti bölgə təmsilçisinə 200 manatlıq cərimə bahasına başa gəlib.

“Sabah”la görüşdə 4 oyunçusu sarı vərəqə alan “Sumqayıt” isə 800 manat məbləğində cərimələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right