U-21 yığma komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev Avstriya ilə matçdan sonra Newsport.az-a müsahibə verib:
- Matçla bağlı fikirlərin necədi?
- Çox zəif oynadıq. İstədiklərimizi edə bilmədik. Ona görə də uduzduq. İndi Almaniya ilə oyuna hazırlaşmaq lazımdı. Almanlar Avstriyadan iki dəfə güclüdü.
- Avstriyaya məğlub olmağınızın əsas səbəbi nə idi?
- Nə deyəcəyimi bilmirəm.
- Bu cür oyunla Almaniya qarşısına necə çıxacaqsız?
- Biz xalqımız üçün sona kimi mübarizə aparacağıq. Futbolçu kimi zəif olsaq da, bizim də iki əlimiz, iki ayağımız var, sona kimi mübarizə aparacağıq. Başqa cür necə oynaya bilərik?
- Yəqin ki, almanlardan xal almaq möcüzəyə bənzəyir...
- Allah bilir necə olacaq. Sadəcə düşünürəm ki, meydana çıxıb sona kimi xalqımız üçün döyüşməliyik. Üstəlik biz evdə oynayırıq. Bu tribunalardan hiss olunmasa da, hər halda biz almanları qəbul edirik.
- Sİzə heç Avstriya ilə oyunda dəstək də yox idi....
- Bu çox üzücüdü. Özü də çox. Azarkeş yoxdusa, futbolu kimə və nəyə görə oynayaq? U-21 ölkənin ikinci komandası sayılır, amma oyunumuzda azarkeş dəstəyi yox idi.
- Oyunun keçirildiyi stadion da azarkeşlər üçün əlverişsizdi...
- Düzdü, ən uzaqda olan stadiondu. Gələnlərə də təşəkkürümü bildirirəm.
- Hər zaman ki, kimi qrupda sonuncu pilləni tutmamaq üçün oynayacaqsız, yoxsa final mərhələlərinə adlmaq istəyirsiz?
- İkinci oyunumuzu oynadıq. Bizim üç xalımız var. Hər şey qarşıdadı.