"Qarabağ"ın son 3 transferindən biri olan Samuel Armenteros artıq Bakıdadı.
Newsport.az-ın məlumatına görə, isveçli hücumçu bu gün meneceri Sərkan Kulüplə birgə Amsterdam-İstanbul-Bakı reysi ilə ölkəmizə gəliblər.
Təxminən saat 20.00-da Bakıda olan Armenteros və meneceri hazırda otellərdən birində məskunlaşıb.
Sabah Samuel Armenterosla müqavilə notarial qaydada təsdiqlənəcək və bundan sonra onun adı PFL-ə təqdim olunacaq. Qaynar.info